Alma darçin və qoz
Bu möhtəşəm üçünü bu aralar tez tez istifadə etməyə başladım.. Ümümiyətlə payizda və qişda almanı nədənsə daha çox sevirəm.. Hərçənd ki yaz almasının qoxusu ayrı olur
..
Ancaq bu payiz bu alma darçin və qozu yaman tez tez istifadə etməyə başladım.. İnternettən də bir baxindim təzə tərif tapip elədim.. Ümümiyətlə bu 3lü bir yerdə elə dadı, qohusu adamı məst edir..
Əslində bu üçlünü terkadan keçirib elə belə də yemək olur ancaq siz bu möhtəşəm üçlünü birdə, keksin içində və yahut da kurabiye ya da başqa deyişlə peçenye içində görsəniz.. Bu ahəngə söz ola bilməz də.. Necə olur o elə? Bu saat başa salıram ![]()
Alma darçin və qozlu keks
Lazim olan produktlar
3 yumurta
3 qəhfə fincanı pesok
4-5 gəhfə fincanıun ( yumurtanın boyuna görə)
1 qəhfə fincanı yağ(mayə)
1 qəhfə fincanı süd
1 limon
1 paket qabartma tozu və yahut bir gaşıq çay sodası
1 çay gaşığı darçin
2-3 ədəd alma
Saat əlinizə alın əvvəl.. Sonra yumurtanı və pesoku gəşəng miksernan çirpin.. Yazığı döymə pirostu çirp
Ağ appaq ağaracey gəşəng olacey.. Tam 5 dg haa.. Az eləmə çünkü sonra qalxmaz..Sonra südü və yağı əlavə edin,qarıştırın.. Sonra unu, çay soda və yahut qabartma tozu, vanil, və bir rəndələnmiş limonu əlavə edin və bir 3 dg qarıştırın..
Una diggət edin,xəmir bərk olmasın.. Axıngan bir hal alamalıdı.. Ən son, xırda doğranmiş almanı, və qozu və darçini yani möhtəşəm üçlünü əlavə edin.. PS: almanı, gozu, darçini bir yerdə ayri bir qabda unla gariştirin.. Alma keksin dibinə yatmasın deyə..
Və 170 dərəcə də bişirin..
Təhmini 25 dg yə bişməlidi.. Təbiki fırınnan fırına fərg var və sair ![]()
İndi isə keçəy peçenyaya-kurabiye de deyirlər ![]()
200 gr margarin
2 qaşıq sulu yağ
1 stəkan qatıq
4 stəkan un
1 stəkan şəkər tozu-pesok dana ![]()
1 paket qabartma tozu və yahut bir qaşıq çay sodası..
İçi: 1 armudu stəkan şəkər tozu
5 orta boy alma
yarım stəkan qoz
və 1 desert qaşığı darçin..
Qatıq,ərimiş margarini,sulu yağı, şəkər tozunu qatip yaxşıca gariştirisiniz..
çay sodasını və yahut qabartma tozunu da gatib, unu da qatib xəmiri yogurmaya başlayin..
4 stəkan unu əlavə ettiktən sonra xəmiri yoğurun.. Diggət edəcəysiniz ki xəmir adamın əlini yapışır.. Yağlı olduğundan bu normaldı.. Özüdə 4 stəkan undan çox un da qatmağa ehtiyac yoxdu.. Xəmiri əldə yoğurduqca özünü tutacey onsuzda.. Yağlı xəmir olduğundan nə gədə un qatarsan qat özünə çəkəcey.. Ancaq unutmayin ki deyilən migdardan çox un qatanda, peçenya bişənnən sonra tez guruyup bərk ola bilər.. Ona görə də biraz o yapişganlığınl itirməsə məsləhətti.. Onsuzda xəmiri yoğuran kimi pişirməy olmaz.. Biraz heç olmasa, azı 15 dg soyuducuda xəmiri goyun özünə gəlsin..
Xəmir soyuducudaykən, almanı terkadan keçirdin, gozu da əlavə edip, bir 15 dg tavada pişirin. Alma suyunu biraxib, cem kimi olacey.. Pişdiktən sonra darçini əlavə edin..
Xəmiri soyuducudan çixardip, balaca balaca gopardip yumru yumru yayin.. İçinə almalı möhtəşəm üçlümüzü qatıb forma verin. Şəkərbura formasinda da eləməy olar ![]()
Və 180 dərəcədə bişirin.. Darçinin qohusu məst eliyəcey onsuzda..
MMMM keksin şəklini çəkə bilmədim çünkü imkan olmadı
yeməkdən heç o an şəkil yadıma düşməmişdi ancaq peçenyanin şəklini çəktim.. MM bu möhtəşəm üçlümüz doğurdan çoox ləzəətlidi.. Məncə sınamağa dəyər..
Nuş olsun


Dekabr 3rd, 2009 at 8:30 pm
you have a interesting blog
Dekabr 3rd, 2009 at 8:40 pm
Thank You